• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda şirniyyat sexində iyrənc mənzərə - FOTO

Bakıda şirniyyat sexində iyrənc mənzərə - FOTO
28.05.2020 18:38
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəhimov Zaur Kərim oğluna məxsus unlu qənnadı və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib. AQTA-dan Anews.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı aşkar olunub.

Müəssisədə işçilərin şəxsi gigiyena qaydalarına riayət etmələri, habelə geyimlərinin dəyişdirilməsi üçün sahə ayrılmamış, bu proseslər bilavasitə anbarda həyata keçirilir. Həmçinin, anbar sahəsində döşəmə divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla üzlənməyib.

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların və çörək yığılan rəfin istismar müddəti bitdiyi və onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib.

Müəssisənin mağaza hissəsində isə deratizasiya və dezinseksiya tədbirlərinin vaxtında həyata keçirilmədiyi aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol