• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın 5 ildə şəkər xəstəsi olacağınızı göstərən əlamətlər - Bu nahiyədə ləkələr varsa....

Yaxın 5 ildə şəkər xəstəsi olacağınızı göstərən əlamətlər - Bu nahiyədə ləkələr varsa....
25.11.2019 23:47
Hazırda II tip diabet xəstəliyi dünyada sürətlə yayılan xəstəlikdir. Xəstələr əvvəllər yaxşı olduqlarını, şəkərin qəfil onları yaxaladığını deyir. 

Halbuki bir çox xəstəliklər kimi diabet də "gəlirəm" əlamətləri verir.

Anews.az  medicina.az-a istinadən ən azı 5-7 il öncədən bəzi əlamətlərlə diabetə doğru gedəcəyinizi xəbər verir.


1. Sİdiyə tez-tez getməyə başlamısız.


Fərqi yoxdur, gecə, gündüz, hiss edirsiz ki, tualetdə gününüz çox keçir? Qanda artıq qlükoza sidiklə ixrac olur. Eləcə də bədən çox maye itirir. 


2. Aclıq hissi artıb, iştah yüksəlib


Bunda pis nə var ki, düşünürsüz. Lakin normadan artıq aclıq, yeyib doymamaq şəkərli diabetin elə birinci xəbərçisidir. 


3. Tez yorulma, tənbəllik


Diabet xəstələri 3 il öncədən hədsiz yorğunluq, enerjisizlikdən şikayətləndiklərini xatırlayır. Heç bir iş görmədən, elə evin içindəcə yorğun-arğın gəzmək o deməkdir ki, orqanlar və hüceyrələr lazımi qədər enerji almır.


4. Görməniz zəifləyir


Bunun üçün göz həkiminə gedirsiz, o sizdə görmədə zəiflik, yaxından uzaqdan görmə, astiqmatizm tapır, amma heç kim demir ki, qanda insulin dirənçini yoxladın. Çünki artan şəkər göz damarlarını zədələyir. Vaxtında xəstəlik aşkar olunmadıqda və müalicə edilmədikdə, gözlər çox zəifləyir


5. Piqment ləkələri


Boyun, boğaz, qolaltı, qasıqda qəhvəyi ləkələrin əmələ gəlməsi də II tip diabetə bir işarə ola bilər.


6. Tez-tez göbələk infeksiyalarına yoluxmaq


Dəridə, dırnaqlarda, ağız içində, qadınlarda vaginal göbələk infeksiyalarının artması, gec sağalması, qaşınma artıq diabetə doğru yol aldığınızı göstərir
 
Əgər sizdə bu əlamətlər  varsa, nəsildə diabet xəstələri olubsa, yaşınız 45-i keçibsə, çəkiniz çoxdursa, endokrinoloq müayinəsinə gedərək preddiabet və diabet üçün lazımi analizləri verin.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol