• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda zəncirvari yol qəzası olub - Xəsarət alan var

Lənkəranda zəncirvari yol qəzası olub - Xəsarət alan var
26.11.2019 20:30
Lənkəran rayonunda zəncirvari yol qəzası olub.

Hadisə şəhərin "Kürə” deyilən ərazisində baş verib. 
Belə ki, Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü İsmayıl Ağazadə oğlu Əliyev "QAZ-24” markalı 42-BD-825 dövlət-qeydiyyat nişanlı avtomobillə Astara istiqamətində hərəkətdə olub. Yol ayrıcında Lənkəran rayonunun Ləj kənd sakini, 1991-ci il təvəllüdlü Hafiz Yunusağa oğlu Məmmədovun idarə etdiyi "Ford- Transit” markalı 99-CA-271 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub. 

Hadisə zamanı "QAZ-24” zərbənin gücündən istiqamətini dəyişərək yol kənarında dayanan Lənkəran şəhər sakini, Bəybala Şahkərim oğlu Mirzəyevə məxsus "VAZ-2106" markalı 42-BO-480 dövlət-qeydiyyat nişanlı avtomobilə çırpılaraq onu səkiyə sıxışdırıb. Bu zaman səkidə olan piyada Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Nasim Təyyar oğlu Şahbazov ciddi xəsarət alıb. Onun ayağının amputasiya olunma təhlükəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır/Report.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol