• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülük vəsiqəsi imtahanı DYP-dən alına bilər

Sürücülük vəsiqəsi imtahanı DYP-dən alına bilər
27.11.2019 16:58
Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir.

Bildiyimiz kimi, sürücülük vəsiqəsi almaq üçün imtahanlar Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən aparılır. İmtahan 2 mərhələdən ibarət olub, birincisi test, ikincisi isə praktik yolla aparılır. Lakin imtahanının test mərhələsi heç də şəffaf şəkildə aparılmır. Buna görə də irəli sürülən təkliflərə əsasən sürücülük vəsiqəsi imtahanının DYP-dən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi məqbul hesab edilir. "Onsuzda bu imtahanlar hansı qurum tərəfindən veriləcəksə, birbaşa dövlətin qanun çərçivəsində həyata keçiriləcək”.

Anews.az xəbər verir ki, bunu hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov "modern.az”a danışarkən söyləyib. Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə 2018- ci ilin dekabrında "Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı” qəbul olunub. "Bu proqramda dövlətin siyasi və strateji baxışı öz əksini tapıb. Həmçinin qeyd olunub ki, sürücülərin hazırlanması, imtahanların qəbulu və s. kimi məsələlər təkmilləşdirilməlidir. Ancaq konkret olaraq istiqamət göstərilməyib ki, təkmilləşdirilmə nədən ibarət olmalıdır. Bu da özündə onu ehtiva edir ki, qanunvericilik ilk növbədə təkmilləşdirilməlidir. Yəni bu kimi məsələlərə yeni baxış olmalıdır. İndi dövlətin özünün konkret siyasəti var ki, sürücü hazırlığı işi, yəni sürücülük məktəblərinin təşkili, fənlərin tədrisi, onların proqramları, sürücü olmaq istəyənlərdən imtahanların götürülməsi, imtahanların məzmunu, verilmə qaydaları və s. kimi məsələlər üzrə yeni ideyalar ortaya qoyularaq, dövlət proqramı hazırlanmalıdır”.

Ərşad Hüseynov belə hesab edir ki, sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılsa daha məqsədəuyğun olar. "Ölkədə dəqiq araşırmalar aparılmalıdır ki, sürücülük təhlili sistemi necə qurulsun. Daha sonra sürücülük imtahanları hansı qurum tərəfindən qəbul olunsun”.

Milli Məclisin deputatı Çingiz Qənizadə hesab edir ki, Dövlət İmtahan Mərkəzi sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı öz üzərinə götürsə əhali arasında böyük bir narazılığa səbəb olacaq. "Bildiyiniz kimi, Dövət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.

Deputat saxta, yəni rüşvət müqabilində sürücülük vəsiqələrinin verilməsinin qarşısını almaqdan ötrü bir təklif irəli sürüb: "Bir faktı qeyd edim, bir neçə gün öncə Rusiyanın bir vilayətində otaqlara kameralar quraşdırılması ilə əlaqədar xeyli sayda saxta sürücülük vəsiqələrinin verilməsi faktı aşkarlandı. Məhz bu kimi halların baş verməməsi üçün mən təklif edərdim ki, imtahan keçirilən otaqlara kameralar quraşdırılsın. Bundan əlavə hər imtahan keçirilən vaxtı ictimaiyyət nümayəndələrinin, hətta jurnalistlər, adi vətəndaşlar və qeyri hökümət təşkilatlarının nümayəndələri üçün "yaşıl dəhliz” yaradılmalıdır ki, imtahanları izləsinlər. Yəni onların girişinə icazə veriməlidir. Düşünürəm şəffaflaşmanın bir çıxış yolu bundan ibarətdir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol