• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni vəhşiliyini sübut edən dəhşətli – FOTOLAR (18+)

Erməni vəhşiliyini sübut edən dəhşətli – FOTOLAR (18+)
02.12.2019 19:51
"950 şəhid mənim təşkilatçılığım ilə ailələrinə göndərilib”.
Erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişəm. 
Anews.az xəbər verir ki, bu sözləri AzNews.az-a "General Əli” bəy kimi tanınan Qarabağ döyüşçüsü Əlövsət Qasımov deyib.
Onun sözlərinə görə, erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlər məhz onun tərəfindən döyüş meydanlarından çıxarılıb, şəxsiyyətləri müəyyən edilib.

"950 şəhid mənim təşkilatçılığım ilə ailələrinə göndərilib. Eləcə də mən erməni vəhşiləri tərəfindən tanınmaz hala salınan, başı kəsilən, min bir işgəncəyə məruz qalan şəhidlərimizin hər birinin foto-şəklini çəkərək erməni vandalizmini ifşa edən çox qiymətli tarixi foto-salnamə yaratmışam. Bundan başqa, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışam”, - deyə "General Əli” vurğulayıb. 
Qeyd edək ki, Əlövsət Qasımovun göstərdiyi xidmətlər "Müharibənin canlı ensiklopediyası”, "Erməni vandalizmi”, "Başsız meyit,” "Şahid şəhidlər haqqında”, "Qanlı köynəklər”, "Ölümlə üz-üzə”, "Sonsuz erməni vandalizminin iç üzü”, "Oğurlanmış tarixi soyqırım”, "Sağlamlığın sirri”, "Erməni terroru”, "Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” və "Heydər Əliyevin hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapıb. 
Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən "Ruhumun harayı” və "Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. 
Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən qaçqın düşüb. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü surətdə döyüş əməliyyatlarında 7 il iştirak edib. Onun lentə aldığı foto-şəkillər erməni vəhşiliyini sübut edən əsil sənəd kimi saxlanılır.
 









www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol