• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pilotsuz taksi xidməti işə başlayacaq

Azərbaycanda pilotsuz taksi xidməti işə başlayacaq
13.12.2019 13:48
Dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün "ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsi 2020-ci ildə pilot layihə olaraq həyata keçiriləcək.

Anews.az report-a istnadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət”) sədri Ülvi Mehdiyev bu gün "Azərbaycan Dəmir Yolları" QSC və "İdrak Texnoloji Transfer” MMC ilə "ASAN Railway" layihəsinə dair imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memarandumun detalları barədə məlumat verərkən deyib.

Ü.Mehdiyev qeyd edib ki, "ASAN Railway" vasitəsilə həm sərnişin daşıma xidməti, həmçinin yükdaşımalar həyata keçirilə bilər.

Onun sözlərinə görə, layihə ilk dəfə həyata keçirildiyinə görə çox ciddi təhlükəsizlik konsepsiyası hazırlanır: "Bütün sınaqlardan keçdikdən sonra 2020-ci ilin sonlarında ilk prototipi hazırlanacaq və pilot layihə olaraq istifadəyə veriləcək".

O vurğulayıb ki, yerli konsept olacaq: "Qatarın detallarına qədər burda istehsalı təşkil olunacaq, layihənin digər ölkələrdə də tətbiqi gözlənilir".

Ü.Mehdiyev əlavə edib ki, dəmir yolu şəbəkəsi sərnişin və yük daşımaları müəyyən vaxt intervalında həyata keçirir:

"Bu intervalda olan sərbəst vaxtda insanlar dəmir yolu ilə taksi sifariş edə bilərlər. Bu cür layihə Yaponiyada tətbiq edilir. Bununla yanaşı, Azərbaycanın dəmir yolu şəbəkəsi genişlənir. Bakı- Tbilisi -Qars, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq layihələr həyata keçirilir, yəni Azərbaycan dəmir yolu şəbəkəsi dünyanın habına çevrilib. Bu şəbəkədən səmərəli istifadə etmək , həm Azərbaycan vətəndaşları üçün, həm turistlər üçün yeni sərnişin daşıma xidmətini yaratmağa hədəflənib."ASAN Railway" unikal layihədir və Azərbaycan buna imza atır".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol