• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xalis maliyyə öhdəlikləri 250 mln. dollardan çox artıb

Azərbaycanın xalis maliyyə öhdəlikləri 250 mln. dollardan çox artıb
13.12.2019 18:30
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xalis maliyyə aktivləri 590,3 mln. ABŞ dolları artıb.

"APA-Economic”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1 665,1 mln. dollar), portfel investisiyaları (299,1 mln. dollar) və digər investisiyalar (-1 373.9 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 250,4 mln. dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (304,2 mln. dollar), neft bonusu (450,8 mln. dollar), portfel investisiyaları (-199,8 mln. dollar), törəmə maliyyə alətləri (-3,9 mln. dollar) və digər investisiyalar (-300,9 mln. dollar) hesabına formalaşıb.

Məlumatda bildirilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,7 mlrd. dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,2% təşkil edib.

Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (304,2 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (2 669,7 mln. dollar) kapitalın repatriasiyası (2 365,5 mln. dollar) arasındakı fərqdən formalaşıb. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 421,2 mln. dollar olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol