• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitində çıxış edib

Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitində çıxış edib
16.12.2019 23:31
Dünya Beyin Mərkəzləri Sammiti 11-14 dekabr tarixində Brazilyanın Rio De Janeiro şəhərində təşkil edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi kimi tədbirdə iştirak edib.
CESD-nin sədri, iqtisadçi alim Vüqar Bayramov sammit çərçivəsində təşkil edilən "Maltipolar Dünyada Maltilateralizm: Münaqişələr və Böhranlar yoxsa Sülh və İnkişaf?” adlı plenar iclasda dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçiləri ilə birlikdə qlobal və regional iqtisadi məsələləri müzakirə edib.
Roberta Braganın ( ABŞ Atlantik Şurası) sədrlik etdiyi plenar iclasda Brain Hanson (ABŞ Qlobal Məsələlər üzrə Çikaqo Şurası), Alvaro Mendez (Böyük Britaniya London İqtisadiyyat Mərkəzi İDEAS), Carlos Carnero ( İspanya, Fundacion Alternatives) və Pablo Genta (Xarici Əlaqələr üzrə Urquvay Şurası) birlikdə gündəmdəki qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.

CESD sədri bildirib:
"Müzakirələr göstərir ki, qlobal səviyyədə aparıcı beyin mərkəzlərin təsir imkanları genişlənməkdədir. Bununla yanaşı, beynəlxalq institutların daha aktiv olması və onlara inamın qaytarmasına çalışılmalıdır. İqtisadi məsələlər ilə yanaşı, regional münaqişələrin həll edilməməsi məhz qlobal güclərə olan etimadı azaldır. 2 saatlıq müzakirədə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu daxil olmaqla qlobal instituların fəaliyyəti daxil olmaqla mövcud dünya nizamı, qlobal oyun qaydaları ilə bağlı beyin müzakirəsi də aparıldı”.
Qeyd edək ki, CESD beynəlxalq qiymətləndirmədə son 10 ildə Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi seçilir. Mərkəz ABŞ-ın Harvard Universitetinin rəsmi beyin mərkəzi katoloquna daxil edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol