• $
  • €
  • ₽
  • ₺
  • £

"Məni hərbi formada həbs etdilər" - Polkovnik Qadir Vəlişov

"Məni hərbi formada həbs etdilər" - Polkovnik Qadir Vəlişov
17.12.2019 17:24
Beyləqanda həbs edilən Qarabağ qazisi azadlığa buraxılıb.

Metbuat.az bildirir ki, həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov unikal.org-a müsahibə verib. O, başına gələn hadisənin təfərrüatlarını danışıb.

- Həbs olunmağınızın səbəbi nə idi?

- Aprel ayında gedən döyüşlər zamanı orduda deyil, ön xəttdən 140 km aralıda olmuşam. Amma mən şəxsən Müdafiə Nazirliyinə ərizə yazaraq ön cəbhəyə göndərilməyimi xahiş etmişəm. Mən aprel döyüşlərinin canlı şahidiyəm. Niyə həbs olunduğumu da bilmirəm. İşin gedişində bildim ki, bu sifarişdir. Müstəntiqin işi bir tərəfli aparmağı məni özümdən çıxardı.Məndən şikayətçi olan Abbasəliyev Azər adlı şəxsdir. Mən bilirdim ki, şikayət olunacaq. Ona görə də keçən ayın 21-dən Cənab prezident İlham Əliyevə və digər dövlət qurumlarımlarına məktub göndərdim. Bildirdim ki, mənim şərlənmə ehtimalım var. Onlar məni şərləməyə başladılar. Beləqan Rayon Polis Şöbəsinin müstəntiqi Həmidli Həmid işi qərəzli apardı. İlk gündən ona bu işi doğru araşdırmasını, əks halda bu işin sonuna qədər gedəcəyimi söylədim. Müstəntiq isə "get nə istəyirsən elə də et" dedi.

-Əvvəllər həmin şəxslə aranızda hər-hansı ədavət olubmu?

- Bu proses 2006-cı ildən gedir. Əsas 2016-cı ildə yaralanandan sonra kəndə qayıdası oldum.Onlar da məni şərləmək qərarına gəldilər ki, kənddən məni uzaqlaşdırsınlar.

- Sizə qarşı cinayət məcələsinin hansı maddəsi ilə ittiham irəli sürülüb?

- Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq) ittiham olundum. Məni saxlayıb, sutkalıq kameraya salıb, bir gecə həbs elədilər. Səhəri gün isə məhkəməyə aparıldım. Məhkəmənin sədri məni dinləyib, hərbçi formasında məhkəməyə çıxardılar. Hətta hərbi geyimdə, yaxamda da medallar olduğu halda həbs olundum. İstəyirəm ki, hamı mənə kömək etsin və xuliqanlıq etmişəmsə, bunu sübut etsinlər. Ayın 11-i məni növbəti dəfə həbs elədilər. Məhkəmənin sədri özü vəkilə dedi ki, işdə cinayət tərkibi yoxdur. Əsas olmadığına görə mən onu həbs edirəm.10 gün müddətinə əsası təqdim edərsənsə mən onu ev dustaqlığına buraxaram.

-Başınıza gələn bu hadisə ilə bağlı harasa müraciət etdiniz?

- Həbs qərarından sonra məni polis idarəsində zirzəmiyə saldılar. Rəisə ərizə yazdıqdan sonra məni qəbul elədi və dedi ki, işimə baxılacaq. Sonra mətbuatda bu məsələ ictimailəşəndən sonra məni azad etdilər.

- Sizin haqqınızda açılan cinayət işinə xitam verildimi?

- Mənə dedilər ki, heç yerə getməyib, gözləyim. Məndən şikayətçi olan 6-7 nəfərdir. Onlar da mənim tutulmağımı, ölümümü istəyirlər. Bu məsələ özümə də qaranlıq qalıb. Hazırda indi çarəsiz halda bu işin sonunun necə olacağını gözləyirəm.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol