• $
  • €
  • ₽
  • ₺
  • £

Ağacan Əbiyevin yenidən deputatlığa namizəd olmamasının SƏBƏBİ: “Hər şeyin həddi-hüdudu var”

Ağacan Əbiyevin yenidən deputatlığa namizəd olmamasının SƏBƏBİ: “Hər şeyin həddi-hüdudu var”
01.01.2020 12:00
Beşinci çağırış Milli Məclisin deputatı olmuş Ağacan Abiyevin Azərbaycan Boks Federasiyasının Birinci vitse-prezidentiyindən getməsi barədə xəbər yayılıb. Buna səbəb kimi səhhətində yaranan problem göstərilib.
 
Ağacan Abiyev Modern.az-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib:

"İllərdir ki, Azərbaycan Boks Federasiyasının Birinci vitse prezidenti  kimi çalışıram. Ancaq Federasiyaya gedib gəlməyimdə problem yoxdur. Yarışdan-yarışa, iclasdan-iclasa qatılmağımda heç bir problem yoxdur. Sözsüz ki, Federasiyadakı işlərimi davam etdirmək fikrindəyəm. Vaxtilə "Boks mənim həyatımdır”adlı kitab yazmışdım. Doğrudan da, boks mənim həyatımdır. 15 yaşımdan boksla məşğul oluram. Deyim biləsiz. Hələ indiyə kimi SSRİ  boyda dövlətdə bir nəfər də olsun olimpiya oyunlarında baş hakim olmayıb. Ancaq mən olmuşam”.
 
Ağacan Abiyev deputatlığa namizədliyini verməməsi barədə də danışıb:
"Hər şeyin həddi-hüdudu var. Hesab edirəm ki, bu yaşda deputat olmaq doğru deyil. Səhhətim də əl vermir. Deputatlığa namizədliyimi verməməklə bağlı  qərarımı lap çoxdan vermişəm. Hətta, 2 il bundan qabaq yenidən deputat olmayacağımı düşünmüşəm”.
 
Qeyd edək ki, Ağacan Abiyev üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol