• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: “Müttəfiqimiz ABŞ-la qonşumuz İran arasında gərginlik arzu etmədiyimiz mərhələyə çatıb”

Ərdoğan: “Müttəfiqimiz ABŞ-la qonşumuz İran arasında gərginlik arzu etmədiyimiz mərhələyə çatıb”
08.01.2020 23:00
"ABŞ-la İran arasında gərginlik arzulamadığımız mərhələyə çatıb”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türk axını” qaz kəmərinin açılış mərasimində deyib.
"Qonşu İraq onsuz da həssas sabitliyini tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. İraq türkmənlərinin təhlükəsizliyi bizim vətəndaşlarımızın təhlükəsizliyi qədər əhəmiyyətlidir. Region son 20 ildə onsuz da zəifləyib. Məqsədimiz gərginliyi azaltmaqdır. Coğrafiyamızda artıq yeni bədəl ödəməyə heç kimin taqəti qalmayıb. Savaş səslərinin eşidildiyi bu kritik prosesdə bütün diplomatik kanallardan istifadə edərək gərginliyi azaltmağa çalışırıq. Heç kimin sadəcə öz mənafeyinə görə İraq başda olmaqla, bütün regionu atəş dairəsinə atmağa haqqı yoxdur. Müttəfiqimiz ABŞ-la qonşumuz İran arasında bir müddətdir davam edən gərginlik arzu etmədiyimiz mərhələyə çatıb. Əlimizdəki bütün imkanları səfərbər edərək regionun qan və göz yaşında boğulmasına icazə verməyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol