• $
  • €
  • ₽
  • ₺
  • £

Mehman Hüseynov: "Mənə vəzifə lazım deyildi, göstərdim ki, sifətləri budur"

Mehman Hüseynov: "Mənə vəzifə lazım deyildi, göstərdim ki, sifətləri budur"
10.01.2020 21:16
31 saylı İkinci Seçki Dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd olmuş blogger Mehman Hüseynov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.

O bildirir ki, MSK onun şikayətini obyektiv araşdırmayıb. Blogger həmin 20-dən artıq seçki məntəqəsində səslərin yenidən sayılmasını istəyir. O, bu tələblə MSK-ya müraciət edib. Amma MSK onun şikayətini təmin etməyib. Ona görə də məhkəməyə üz tutub.
Bizimyol.info xəbər verir ki, yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsində onun şikayətinə baxılıb. M.Hüseynov şikayətində göstərib ki, bundan əvvəl də Qaraçuxur bələdiyyəsinin sədri olmuş, bu dəfə də namizədliyini irəli sürən Ağaqulu Nəcəfov onun təbliğat-təşviqat materiallarını korlayıb. Bloqqer bu barədə video və fotonu da təqdim edib.
"Səsvermə günü isə açıq-aşkar ədalətsiz seçki keçirildi. Seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bületenlər atıldı: "Karusel" üsulu ilə qrup halında adamlar seçki məntəqələrinə gətirilir, onlar bir neçə məntəqədə səs verirdi. O adamların əksəriyyətinin də həmin dairəyə, məntəqəyə aidiyyəti yox idi. Belə hərəkətlərin hesabına seçici aktivliyi süni şəkildə artırıldı".
Məhkəmədə MSK-nın nümayəndəsi Ramiz İbrahimov bildirib ki, M.Hüseynovun şikayəti obyektiv araşdırıb. Onun sözlərinə görə, həmin dairədə bir neçə seçki məntəqəsinin nəticəsi ləğv olunub. R.İbrahimovun sözlərinə görə, hansı məntəqədə pozuntu aşkarlanıbsa, lazımi addım atılıb. Onun fikrincə, digər məntəqələrdə səslərin yenidən sayılmasına ehtiyac duyulmayıb.
"Mənə vəzifə deyildi, sübut elədim ki, seçkini saxtalaşdırırlar. Bunların sifətini göstərdim. Həmin dairədə bir neçə məntəqədə nəticələri ləğv elədilər. MSK özü də etiraf elədi ki, saxtakarlıq olub. Necə oldu, Mehman Hüseynov bu bələdiyyənin 17 üzvündən biri seçilmədi?", - deyə M.Hüseynov bildirib.
M.Hüseynovun şikayəti təmin olunmayıb. O, Ali Məhkəməyə şikayət edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol