• $
  • €
  • ₽
  • ₺
  • £

“Coca-Cola”nın yaradıcısının taleyi necə oldu...

“Coca-Cola”nın yaradıcısının taleyi necə oldu...
14.01.2020 21:26
Dünyada içkilər arasında "Coca-Cola” brendinin xüsusi yeri var. Mövqeyi o qədər güclüdür ki, nə vaxtsa içilmədiyi adama qəribə gəlir.

Bizimyol.info "Coca-Cola”nın yaradıcısından danışacaq. Düzdür, indi əczaçı Con Pembertonu az adam xatırlayır. Amma 135 il əvvəl içki dünyasında çox vacib addım atmışdı.

 Con Pemberton

Əslində, Pemberton əvvəlcə şəfalı içki yaratmağı düşünürdü. İlk addım da atmışdı. Lakin uğursuzluğa uğramışdı. "Coca-Cola” ideyası isə böyük uğur gətirdi.
Hər şey narkotiklə başlamışdı. Yox, bir az da dəqiqləşdirsək, Conun vətəndaş müharibəsində yaralanmasıyla. Bundan sonra Pemberton narkotikə qurşanmışdı. "Cola”nın ilk reseptinə də narkotik tərkibli maddə vardı. İçki "Pemberton's French Wine Coca” adlanırdı. Tərkib isə belə idi: soda, kola fındığı, kokain və çaxır. Sonradan kokain çaxırı adlanan içki Fransada çox məşhurlaşacaqdı. Pemberton bunun sayəsində çoxlu pul qazanacaqdı.
Con bir müddət sonra içkinin tərkibini bir az dəyişmək qərarına gəldi. Kokain artıq güclü narkotik maddə sayılırdı. Onu şəkər siropu əvəzlədi.
"Coca-Cola” yeni reseptlə də çox məşhurlaşdı. Amma bu, Pembertona xoşbəxtlik gətirmədi. Con narkotikin əsirinə çevrilmişdi. "Coca-Cola”nın müəllif haqlarını bankir Asa Qriqqs Kendlerə satdı. 1888-ci ilin avqustun 16-da Pemberton həyatla vidalaşdı. Ailəsi yoxsul günündə yaşayırdı. Yeganə oğlu Çarli sonradan içkinin müəllif haqlarını geri qaytarmaq üçün çox çalışsa da, uğur qazanmadı.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol