• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yolundakı tıxacın qarşısı bu yollarla alınacaq - RƏSMİ

Bakı-Sumqayıt yolundakı tıxacın qarşısı bu yollarla alınacaq - RƏSMİ
15.01.2020 12:25
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Bakı-Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün dairəvi yoldan Yeni Yasamal massivinə yol salınması nəzərdə tutulub.

BAKU.WS xəbər verir ki, bu sözləri Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. 

"Bakıdan Sumqayıta qədər olan 28 km yol 2008-ci ildən etibarən genişlənməyə başlanıb, 2011-ci ildə istifadəyə verilib. Həmin dövlərdə yol 7-10 min avtomobilin hərəkətinə uyğun nəzərdə tutulmuşdu. Amma son dövrlərdə Sumqayıt şəhərində tikilmiş sənayə parkları, yeni müəssilələr, ali təhsil ocaqları və sair qurumlar şəhərə əhali axınını çoxaldıb.

Gün ərzində Bakıdan Sumqayıta 12-14 min, Sumqayıtdan Bakıya isə 10-12 min avtomobil hərəkət edir. Bunu nəzərə alaraq yolun genişləndirilməsi üçün göstəriş verilib",-deyə Saleh Məmmədov vurğulayıb.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri əlavə edib ki, mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur: "Artıq işlərə başlanılıb. Yolun genişləndirilməsinə mane olan yaşıllıqlar başqa əraziyə köçürülüb. Yeraltı süni qurğuların köçürülməsi də aparılır. Mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur.

Burada iqlim şəraiti də rol oynayır. İqlim imkan varsa vaxtında işi təhvil veriləcək. Sumqayıtdan gələn axının Bakı Beynəlxalq Avtovağzalının arxasındakı yolu Alatava istiqamətinə davam etdiriləcək və ikizolaqlı yeraltı tunel salınacaq.

Digər variant isə dairəvi yoldan Yeni Yasamal massivinə yol salınması nəzərdə tutulub. Bununla "butulka effektinin" qarşısının almaq mümkün olacaq. Bakı-Sumqayıt yolunun qiyməti hər kilometr üçün 778 min manat hesablanıb. Hazırda isə 7-8 km hissədə genişləndirmə nəzərdə tutulur".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol