• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə internetin zəif olmasının səbəbləri açıqlandı

Ölkədə internetin zəif olmasının səbəbləri açıqlandı
16.01.2020 11:49
"Azərbaycanda geniş zolaqlı və keyfiyyətli internetlə bağlı problemlər mövcuddur”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə fiber optik infrastrukturun inkişafından danışarkən belə deyib.

1960-cı ildə ABŞ-da yaranan internet hazırda bütün dünya dövlətlərini əhatə edib. Üçüncü Sənaye İnqilabı dövründə formalaşıb inkişaf edən və Dördüncü Sənaye İnqilabı dövründə isə rəqəmsallaşma, informasiya mübadiləsinin əsas sütunlarından biri olan internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda bu vasitə insanların əmək fəaliyyətinə çevrilib, bir çox dövlət qurumlarının xidməti məhz həmin lokal şəbəkə ilə həyata keçirilir. Ancaq Azərbaycanda xüsusən də, son zamanlar internetin zəif olmasından şikayətlər get-gedə artır. Ekspertlər isə bunu ölkədə mövcud olan internet infrastrukturunun texnologiyanın inkişafı ilə uyğunlaşa bilmədiyi ilə əlaqələndirir.

Osman Gündüz ölkədə fiber optik infrastrukturun inkişaf etmədiyi üçün hələ də köhnə DSL texnologiyasından istifadə edildiyini bildirib: 

 

"Son illərdə mobil internetin xüsusi çəkisi artıb. 3G və 4G-yə görə xeyli insan mobil internetdən istifadə edir. Hazırda regionlarda DSL-dən də istifadə olunur. Təbii ki, bu köhnə texnologiyadır. Telefon xətti ilə çəkilən DSL texnologiyasından yüksək sürət əldə etmək olmaz. Regionlarda fiber optik infrastruktur inkişaf etməyib. Buna görə də regionlarda yaşayan insanlar daha çox telefon xətti ilə çəkilən DSL texnologiyasından internet alırlar. Bakı şəhərinin mərkəzində fiber optik infrastruktur müəyyən qədər inkişaf edib. Amma hesab edirəm ki, hazırda Azərbaycanda geniş zolaqlı və keyfiyyətli internetlə bağlı problemlər mövcuddur. Bir sözlə, regionlar, həmçinin Bakı şəhərinin ətrafı üzrə fiber optik infrastrukturun inkişafına ehtiyac var”.

Əlavə olaraq bildiririk ki, bu sahədə araşdırmalar aparan beynəlxalq internet resursu "Internet World Stats”-ın məlumatına əsasən, 2019-cu ildə 7 milyard 716 milyonluq dünya əhalisinin 4 milyard 536 milyonu, başqa sözlə desək, 58.8%-i internetdən istifadə edir. İnternet istifadəçilərinin sayı Asiya regionu üzrə 2 milyard 300 milyon nəfər (55 %), Avropa regionu üzrə 722,6 milyon nəfər (10.7 %), Afrika regionu üzrə 522,8 milyon nəfər (17.1 %), Şimali Amerika regionu üzrə 327,5 milyon nəfər (4.7 %), Latın Amerikası və Karib hövzəsi regionu üzrə 453,7 milyon nəfər (8.5 %), Yaxın Şərq regionu üzrə 175,5 milyon nəfər (3.3 %) və Okeaniya/Avstraliya regionu üzrə 28,6 milyon nəfər (0.5 %) təşkil edir. Ölkəmizdə isə internet istifadəçilərinin sayı resursun məlumatına əsasən, 7 milyon 991 min nəfər təşkil edir və əhalinin 79.8 faizi internet istifadəçisidir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) "State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %).


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol