• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakıda 57 cinayətkar qrup ifşa olundu" - Mirqafar Seyidov

“Bakıda 57 cinayətkar qrup ifşa olundu" - Mirqafar Seyidov
17.01.2020 16:31
Ötən il Bakıda ümumilikdə 11 min 176 cinayət qeydə alınıb ki, onların da 88,6 faizi az ağır, 11,4 faizi isə ağır və xüsusilə ağır növlər olub.
 
Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib.
 
M.Seyidov qeyd edib ki, hesabat dövründə 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrup, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinayətkar qrup ifşa olunub:
 
"Narkotiklərlə bağlı aşkar olunan 1.244 fakt üzrə  372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını,  istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirilib”.
 
İdarə rəisinin sözlərinə görə, 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, ağır və xüsusilə ağır cinayətlər 2,3,  az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb:
 
"Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyətini qeyd edən Baş İdarə rəisi, "Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisənin aşkarlandığını, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayətin açılıb”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol