• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı polisi insanlara bıçaqla hücum edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Bakı polisi insanlara bıçaqla hücum edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
23.01.2020 14:43
"Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır".


Bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.


Rəis qeyd edib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib: "Bıçaqla hücum edilməsi faktı təsdiqini tapmayıb. Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".


E.Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaliyyət sahəsində dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər. 


"Jurnalistlərin sualları 24 saat ərzində hər hansı bir məhdudiyyət yaradılmadan tərəfimizdən cavablandırılır", - Bakı polisinin sözçüsü deyib.


Qeyd edək ki, mətbuatda yer alan məlumatlarda mübahisənin Əhməd Rəcəbli küçəsində yerləşən "Karvan Pub”da düşdüyü və davanın həmin iaşə obyektin qarşısında baş verdiyi bildirilirdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol