• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika 2020-ci ildə ilk mükafatını qazanıb!

Bank Respublika 2020-ci ildə ilk mükafatını qazanıb!
27.01.2020 11:27
Ötən il çoxsaylı xeyirxah sosial layihələr həyata keçirən Bank Respublika, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ölkəmizdə ikinci dəfə olaraq keçirilən "Milli KSM Mükafatı 2019″ müsabiqəsinin yenidən qalibi seçilib.

Müsabiqədə 2019-cu ildə həyata keçirilən 50-dən çox sosial layihə iştirak edirdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Asan Xidmət, CSR Europe, CSR Turkey, PROAKTIV PR Agentliyi və bır sıra qeyri-hökumət  və özəl təşkilatların təmsil olunduğu Münsiflər Heyəti "Bank Respublika”nın fiziki məhdud uşaqlar üçün həyata keçirdiyi "Mən də bacararam!” layihəsini "Milli KSM” mükafatına layiq görüb.

Qeyd edək ki, Bankın layihəsi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan "Layiqli əmək və iqtisadi artım məqsədi” nominasiya üzrə seçilib.

Belə ki, 1 ay davam edən layihə çərçivəsində Bank tərəfindən fiziki məhdud uşaqlar üçün əl işləri üzrə təlimlər təşkil olunub. Təcrübəli müəllim və psixoloqlar tərəfindən aparılan təlimlərdə uşaqlar müxtəlif əl işləri sənətinə yiylənərək gözəl işlər ərsəyə gətirib. Layihənin sonunda, Bankın Baş ofisində uşaqların hazırladıqları əl işlərinin satış sərgisi keçirilib. Sərgi bankın əməkdaşları və müştəriləri tərəfindən böyük maraqla qarşılanıb və qısa bir müddətdə uşaqlar tərəfindən hazırlanan əl işləri satın alınıb.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank Respublika üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol