• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə! Yol polisləri artıq bunu edə bilməzlər - VİDEO

Sürücülərin nəzərinə! Yol polisləri artıq bunu edə bilməzlər - VİDEO
30.01.2020 15:22
Ötən il sürücülər tərəfindən törədilən inzibati xətaların 65 faizi xüsusi texniki vasitələrlə qeydə alınıb.

Yerdə qalan 35 faizlik qayda pozuntuları isə yol polisi əməkdaşları tərəfindən fərdi olaraq yazılıb. Bu məqama baxmayaraq hələ də sürücülərlə yol polisi arasında ziddiyyətli məqamlar qalmaqdadır.

Məsələnin aktuallığını nəzərə alan ARB TV-nin "Günə doğru” verilişi maraqlı süjet hazırlayıb.

Sürücü: "Əgər sürücü qayda pozubsa, buna görə polis onu saxlayırsa, sürücü problem yaratmamalıdır”.

Polis-sürücü birbaşa təmasının qarşını almaq üçün artıq Dövlət Yol Polisi İdarəsi qarşısında xüsusi tapşırıqlar da qoyulub.
Kamran Əliyev - BDYPİ-nin şöbə rəisi: "Xüsusi texniki vasitələrin sayı artdıqca təmas minimuma endiriləcək. Zərurət olmadıqda artıq yol patrul xidmətinin inspektoru sürücünü yolda saxlamayacaq. Hansı hissədə ki, xüsusi texniki vasitənin köməyilə qayda pozuntusunu aşkar etmək mümkündür, həmin ərazilərdə sürücünü saxlamağa ehtiyac olmayacaq”.

Amma bu, o demək deyil ki, polis öz dislokasiya olunduğu ərazidə xidmət aparan zaman qayda pozuntusu olacağı zaman buna göz yumacaq. Bundan əlavə hansısa qayda pozuntusu müşahidə kamerası, yaxud monitor vasitəsilə aşkar edilirsə, bu halda qayda pozuntusu yol polisi əməkdaşı tərəfindən bilavasitə protokollaşdırıla bilməz.

Kamran Əliyev - BDYPİ-nin şöbə rəisi: "Yəni nəqliyyat vasitəsi saxlanılaraq sürücü barədə protokol tərtib edilə bilməz. Lakin yol polisi tərəfindən qayda pozuntusu aşkar edilirsə, bu sənədləşdirilir, sürücü onunla razılaşmırsa, onun barəsində qərar qəbul edilmir. Həmin ərazidə müşahidə kamerası varsa, qeydə alınan hadisəyə baxış keçirilir və vəziyyətə uyğun qərar çıxarılır”.

Ekpertlər deyir ki, sürücü-yol polisi arasında birbaşa təmasın azaldılması şəffaflığın təmin olunması üçün vacib addımdır. Gərginliyi yaradan səbəblərdən biri də iş qrafikinin ağırlığı idi ki, bu da öz həllini tapıb artıq.

Elməddin Muradlı – Ekspert: "Polis nə qədər gərgin rejimdə işləyirsə, nə qədər ağır şəraitdə işləyirsə, o qədər də aqressiv olur. Bəzən bir sürücünün qıcıqlandırıcı bir sözünə polis aqressiv cavab verir, beləliklə, gərginlik yaranır. Cənab nazir birinci növbədə polisin iş və istirahət vaxtı ilə bağlı addım atdı ki, artıq onlar 8 saat işləməlidirlər”.

Bunlar məsələnin polisin üzərinə düşən hissəsidir. Digər bir hissəsi isə sürücülərin məsuliyyətidir. Ən optimal çıxış yolu isə qaydalara əməl etmək...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol