• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş futbolçu: AFFA rəhbərliyi ailəmə təzyiq edir

Keçmiş futbolçu: AFFA rəhbərliyi ailəmə təzyiq edir
11.02.2020 16:16
"Azərbaycan səfirliyi mənə pasport vermir”

Vaxtilə Azərbaycanda "İnter”, "Simurq”, "Bərdə”, Belarusda MTZ-RİPO, "Darida”, "Smorqon” kimi klublarda çıxış etmiş, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinmiş Elmar Xeyirovu futbolsevərlər arasında xatırlayanlar olar. Hazırda ABŞ-da yaşayan Xeyirov futbolçu karyerasını çox tez - 25 yaşında bitirib. Elmar futbolçu karyerasını erkən başa vursa da, futboldan uzaqlaşmayıb. O, okeanın o tayında futbol məktəbində məşqçi kimi çalışır.
 
MeydanTV xəbər verir ki, üç il yarımdır ABŞ-da yaşayan Xeyirov və Azərbaycanda yaşayan ailə üzvlərinə təzyiq edilir:

"Mənim ailə üzvlərimin olduğu evə 4-5 dəfə gedərək, məni axtarıblar. Onlar ailə üzvlərimi bölməyə aparmaq istəyiblər. Bunları edən kimdir? Rövnəq və Elxan (AFFA prezidenti Rövnəq Abdullayev və federasiyanın baş katibi Elxan Məmmədovu nəzərdə tutur – red). Qardaş, hökumətə qarşı nəsə deyirsən, tutub aparırlar. Futbol idarəçilərinə qarşı nəsə deyirsən, yenə tutmaq istəyirlər. Belə yaşamaq olar? Azərbaycan futbolunda vəziyyət çox bərbaddır. Ancaq fikirləşirlər ki, necə pul yesinlər. Mən Elxanla Rövnəqə məsləhət görərdim ki, gedib "Bandotdel”də işləsinlər, ya kriminal qrup yaratsınlar”.

Keçmiş futbolçu deyir ki, ailə üzvlərinə təzyiqlərin səbəbi onun Azərbaycan futbolunun idarəçiləri haqda dilə gətirdiyi fikirlərdir:

"Gələnlər özləri deyiblər ki, oğlunuz çox danışır. Məndə səs yazısı da var. Onlar üçüncü dəfə gələndə, nəhayət, ailə üzvlərim səslərini yaza biliblər. Gələnlər mülki geyimdə olublar. Hər dəfə də ayrı-ayrı adamlar olub. Artıq mənim bütün ailə üzvlərim ABŞ səfirliyinə müraciət ediblər”.

Xeyirov əmindir ki, ailə üzvlərinə olan təzyiqlərin arxasında AFFA prezidenti və federasiyanın baş katibi dayanır:

"Yüz faiz onlardır. Çünki mən həmişə onlar barədə mətbuata açıq danışmışam. Yadınızda olar, bir dəfə Rövnəq Abdullayevin mətbuat konfransı idi. Ona sual verdilər ki, niyə jurnalistləri milli komandaların səfər oyunlarına aparmırsız. O da demişdi ki, pulumuz yoxdur. Ondan bir həftə sonra da oğlunun iki milyonluq saatının itdiyi haqda xəbərlər çıxdı. Bax, mən onda Rövnəqə səsləndim, "Youtube”da çıxışım oldu. Ki, dövlətdən oğurlayıb oğluna iki milyon manatlıq saat ala bilirsən, amma jurnalistləri səfərə apara bilmirsən?

Qardaş, biz bu insanlara görə ölkədən didərgin düşdük. Yadımdadır, mən 2010-cu ildə Bakıya qayıdanda bu adamlar mənə məşq etməyə imkan vermədilər. Dedilər ki, çox danışırsan. Məni "qara siyahı”ya salmışdılar. Bakıda olanda mənə zəng gəlmişdi, dedilər, federasiyadandır. Kim olduğunu bilmədim. Dedilər ki, az danış. Məni burda da öldürməklə hədələyiblər. Hətta polisə gedib, vəziyyətin nə yerdə olduğunu dedim”.

Sabiq futbolçu deyir ki, Azərbaycan səfirliyi ona pasport da vermək istəmir:

"Burdakı Azərbaycan səfirliyi mənə pasport vermir. Dedilər ki, Bakıya qayıtmalısan. Əlbəttə, aydındır nəyə görə, məni tutdurmaq üçün. Mənim Azərbaycana qayıtmağım mümkün deyil artıq. Axmaq deyiləm ki, qayıdım, bunlar da başıma oyun açsınlar. Xahiş edirəm, hamısını olduğu kimi yazın, ictimailəşdirin, qoy hamı bu adamları tanısın”.

Meydan TV dəfələrlə cəhd etməsinə baxmayaraq, AFFA rəhbərliyindən münasibət öyrənə bilməyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol