• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlər məktəb direktorunu qovdu, nazirlik işə qarışdı

Valideynlər məktəb direktorunu qovdu, nazirlik işə qarışdı
13.02.2020 15:14
Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı Təhsil Nazirliyinin səlahiyyətindədir:
 
"Direktor mərkəzləşdirilmiş müsabiqə əsasında Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təyin olunur və yerli təhsili idarəetmə qurumunun rəhbəri tərəfindən kollektivə təqdim olunur. Sözügedən məktəbdə direktor vəzifəsi 2018-ci il yanvar ayından Çinarə Atayevaya həvalə olunub".

Nazirlikdən yeni direktor təyinatı ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbində yeni direktorun qovulması ilə bağlı məlumatlar yayılıb.
 
Məlumata görə, məktəbin hazırkı direktoru Çinarə Atayevanın başqa yerə təyinatını istəməyən pedeqoji heyət və valideynlər yeni direktoru qəbul etməyiblər. Müəllimlər yeni direktoru məktəbə buraxmayacaqlarını bildiriblər. Bununla bağlı məktəbdə nəzarətin gücləndirildiyi bildirilir. (report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol