• $
  • €
  • ₽
  • ₺
  • £

Afaq Əliyeva: "Koronavirusla mübarizə apara biləcək gücümüz var”

Afaq Əliyeva: "Koronavirusla mübarizə apara biləcək gücümüz var”
25.02.2020 18:30
"Azərbaycanda koronavirus yoxdur. Bu qədər maskadan istifadə etməyə də ehtiyac duyulmur, bu, ajiotaj yaradır”.

ONA xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva APA TV-nin "Sosium" proqramında deyib: "Koronavirus dünyanın müxtəlif ölkələrində yayılıb. İnsanlarda müəyyən narahatlıq yaranır. Azərbaycana yanvar ayından Çindən, İrandan gələnlər var, amma virus aşkarlanmayıb. Hərarəti artıq olanlar da müayinə olunur, sərhəddən keçəndə karantin xidmətinə alınırlar".

A.Əliyeva koronavirusla əlaqədar sosial şəbəkələrdə yayılan səs yazılarına münasibət bildirərkən bunları deyib: "İnfeksiya elə bir şeydir ki, bunu gizlətmək olmaz. Çin gizlədə bilmədi, İran gizlədə bilmədi, heç bir dövlət bunu gizlədə bilməz, heç buna marağı da yoxdur. Əksinə şübhəli hal olsa, onu da paylaşmalıyıq ki, əhali ehtiyatlı olsun”. 

O bildirib ki, bunlar rəsmi qurumun verdiyi məlumat deyil, təxribat xarakterli səs yazılarıdır: "Xəstəxana rəhbərliyi də açıqlama verdi ki, bunlar həqiqətə uyğun olmayan informasiyadır. Hazırda ölkədə koronavirus yoxdur. Koronavirusla mübarizə apara biləcək gücümüz var”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol