• $
  • €
  • ₽
  • ₺
  • £

Oğlan-qız ayrı-seçkiliyinə son qoyulacaq - Tədbirlər planı təsdiq edildi

Oğlan-qız ayrı-seçkiliyinə son qoyulacaq - Tədbirlər planı təsdiq edildi
03.03.2020 10:30
Nazirlər Kabinetinin Sərəncamı ilə "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Anews.az-a verilən məlumata görə, Tədbirlər Planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılmasını, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur.

Sənəddə "Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı"nın tətbiqinə nəzarətin gücləndirilməsi, qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, qadınlar arasında sahibkarlıq fəaliyyətinə dəstəyin artırılması, onlar üçün əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar üzrə kursların artırılması kimi tədbirlər yer alır.

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bu müəssisələrin sayının, tək və çoxuşaqlı analara həmin müəssisələrdən istifadə imkanlarının artırılması üçün güzəştlərin tətbiqi də Tədbirlər Planında nəzərdə tutulan tədbirlər sırasındadır.

Eləcə də, sənəddə qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulur. Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi də sənəddə əksini tapır.

Tədbirlər Planı həmçinin, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, kənd yerlərində qızların təhsildən yayındırılması ilə bağlı tətbiq edilən məsuliyyət tədbirlərinin sərtləşdirilməsi və praktik tətbiqinə nail olunması və s. kimi tədbirləri əhatə edir.
Yeni təsdiq edilən Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol