• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli" Qazaxıstanı "fəth" etmək istəyir

"Lotu Quli" Qazaxıstanı "fəth" etmək istəyir
03.03.2020 14:52
Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov ("Quli") həbsdən çıxdıqdan sonra yaratdığı kriminal imperiyasının sərhədlərini genişləndirir.

Yenisabah.az xəbər verir ki, bir çox ölkələrdə kriminal aləmə nəzarət edən Nadir Səlifov indi də Qazaxıstanı "fəth" etmək niyyətindədir. Məlumata görə, "Quli" yaxın silahdaşı, qazax əsilli avtoritet Arman Cumagəldiyevin ("Dikiy Arman") Qazaxıstanın yeraltı dünyasına nəzarət etməsinə çalışır.

Arman Cumagəldiyev "qanuni oğru" titulu daşımasa da, kriminal dünyada kifayət qədər tanınan şəxsdir. Bəzi məlumatlara görə, yaxın vaxtlarda Arman Cumagəldiyev də kriminal dünyanın ali titulunu daşıyacaq. Bundan sonra onun Qazaxıstandakı kriminal vəziyyət etmək məsələsi gündəmə gələcək.
Hazırda Qazaxıstanda kriminal aləm bir mərkəzdən idarə olunmur. Nadir Səlifov bu boşluğu Arman Cumagəldiyevlə doldurmaq istəyir. Buradan isə Orta Asiyanın digər ölkələrinə nüfuz etməyi planlaşdırır.

Arman Cumagəldiyevin etimadı doğruldacağına isə şübhə yoxdur. Qazax əsilli avtoritet "Quli"nin ən inanılmış silahdaşlarından biridir. Cəsarəti ilə çoxlarını heyrətə salan Arman Cumagəldiyev Nadir Səlifova görə hətta "qanuni oğru"ya da əl qaldırıb. Söhbət gürcü əsilli "qanuni oğru" Quram Çixladzedən gedir. Bu olay hələ də kriminal dünyada müzakirə mövzusudur.

İddia olunur ki, Nadir Səlifovun rəqibləri də Qazaxıstanı ələ keçirmək istəyirlər. Onlar fərqindədir ki, Arman Cumagəldiyevin Qazaxstana nəzarəti onların bu ölkəyə yollarını bağlaya bilər.

Qazax əsilli avtoritet hazırda Türkiyədədir. Lakin onun vaxtaşırı Qazaxstana getdiyi bildirilir. Məlumata görə, doğma ölkəsinə tez-tez baş çəkməsi orada baş verənləri yerində öyrənməkdir. Qazaxtan həm də narkotranzit ölkə hesab edilir. Bu baxımdan, bir çox kriminal qruplaşmalar Qazaxtanda möhkəmlənməyə çalışır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol