Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda "ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.
Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.
Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib























