• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda ermənilər azərbaycanlılara hücum etdi, ölən və yaralananlar var - FOTO

Qazaxıstanda ermənilər azərbaycanlılara hücum etdi, ölən və yaralananlar var - FOTO
28.05.2020 23:04
Qazaxıstanın Nursultan şəhərində ermənilərlə azərbaycanlılar arasında baş verən kütləvi davada 1 soydaşımız öldürülüb, daha bir neçə nəfər xəsarət alıb.

Hadisə Nursultan şəhərində azərbaycanlılara məxsus kafenin qarşısında olub. Belə ki, erməni millətindən olan şəxslər Qazaxıstanda yaşayan 19 yaşlı Tural İlqar oğlu Teymurovu təhqir edib. Bu zaman onlar arasında dava olub. İlkin məlumata görə, ermənilər ona bıçaqla xəsrət yetiriblər. Belə olduqda soydaşımızın yaxın qohumu, Azərbaycan əsilli Qazaxıstan vətəndaşı, 1995-ci il təvəllüdlü Etibar Ümidvar oğlu Teymurov köməyə gəlib. Lakin o, münaqişə zamanı o ürək nahiyəsinə vurulan bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.

Bundan sonra tərəflər arasında davanın miqyası daha da böyüyüb. Nəticədə daha üç nəfər xəsarət alıb.
Qeyd edək ki, ölən azərbaycanlı uzun illərdir Qazaxıstanda yaşayıb. Mərhumun meyitinin sabah vətənə gətiriləcəyi və doğulduğu Masallı rayonunun Bədəlan kəndindəki qəbiristanlıqda dəfn olunacağı söylənilir.

Mərhumun dayısı Həşim Ağayev Qazaxıstanda Azərbaycan diasporunun üzvüdür./report
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol