• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərə uşaqları ilə bağlı koronavirus xəbərdarlığı - RƏSMİ - VİDEO

Valideynlərə uşaqları ilə bağlı koronavirus xəbərdarlığı - RƏSMİ - VİDEO
10.03.2020 10:51
Artıq hər kəsə bəllidir ki, Nazirlər kabineti yanında Operativ qərargah təhsil müəssislərində martın 27-nə qədər tədrisin dayandırılmasına qərar verib. Lakin bəzi valideynlər bu tətildən istifadə edərək övladlarını istirahət mərkəzlərinə, kütləvi tədbirlərə aparır.

Anews.az ATV-yə istinadla xəbər verir ki, mütəxəssislər bunun doğru olmadığını deyir.

Valideynlərə daha nələr tövsiyyə edilir? 

"Təhsil müəssislərinin fəaliyyətinin müvəqqəti dayandırılmasından istifadə edib valideynlər uşaqları əyləncə mərkəzlərinə, insanların kütləvi toplaşdığı yerlərə aparmamalıdır”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyir ki, tədris elə uşaqların bir birindən ayrı olması, təmasını aradan qaldırmaq məqsədilə müvəqqəti olaraq dayandırılıb.

Səhiyyə nazirliyinin baş pediatırı Nəsib Quliyev valideynlərə uşaqları hələki daha çox ev şəraitində saxlamalarını tövsiyyə edir.
Onun sözlərinə görə həmin müddətdə məktəblilər ev tapşırıqları ilə məşğul olmalıdır.

Nəsib Quliyev onu da bildirdi ki, dünya təcrübəsinə əsasən azyaşlılar koronavirus xəstəliyinə nadir hallarda tutulur. Lakin hər bir halda valideynlər diqqətli olmalı və uşaqları kütləvi yerlərdən uzaq tutmalıdır.

Xatırladaq ki, təhsil müəssisələrində tədris martın 27-ə qədər dayandırılıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol