• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayev: Ailədə 1 nəfər işləyirsə, digər üzvlərə yardım olmayacaq - VİDEO

Sahil Babayev: Ailədə 1 nəfər işləyirsə, digər üzvlərə yardım olmayacaq - VİDEO
29.05.2020 07:04
"Birdəfəlik ödəmə dövlətdən sosial ödəniş almayan şəxslər üçündür. Dövlətdən sosial ödəniş alan heç bir şəxs bu vəsaiti alan kontingentə düşmür”.
BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev qeyd edib ki, birdəfəlik müavinət bir ailəyə bir dəfə veriləcək. Ödəniş elektron qaydada həyata keçiriləcək. Xüsusi karantin rejimi uzansa, onda bu şəxslər həmin dövrdə də bu vəsaiti alacaqlar:
Son iki gündə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır. Şayiələr yayırlar ki, bu vəsait guya hər kəsə ödəniləcək. İnsanlar yalnız rəsmi məlumatlara inansınlar. Daxil olan müraciətləri araşdırdıqda müraciət edənlərin əksəriyyətinin işləyən, yaxud dövlətdən sosial ödəniş alan şəxslər olduğu məlum olur.
Onun sözlərinə görə, dövlətin dəstəyi sosial cəhətdən həssas təbəqəyə yönəlib:
"Son iki gün ərzində nazirlik 10 minlərlə müraciəti emal edir. Onlara çox sürətli şəkildə cavab veriləcək. Bu vəsaiti almaq üçün şəxsin işsiz statusu olmalıdır. İşsiz şəxs ilk növbədə işsiz kimi qeydiyyatda durmalıdır. 
Bunun ilk yolu e-sosial portalında elektron qeydiyyatdan keçməkdir. Digər istiqamət elektron hökumət portalıdır. Lakin nəzərə alaq ki, elektron hökumət portalı vasitəsilə bütün tədbirlər həyata keçirilir, ona görə də sistemin yüklənməməsi üçün insanları ondan istifadə etməməyə çağırırıq. Onlar çağrı mərkəzlərinə zəng etməklə məşğulluq mərkəzlərinə müvafiq məlumatları təqdim edə bilərlər. Məşğulluq mərkəzləri də bu məlumatlar əsasında onun işsiz olub-olmadığını araşdıracaq”.
Həmçinin nazir əlavə edib ki, ailədə 1 nəfər işləyirsə, digər üzvlərə yardım olmayacaq.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol