• $
  • €
  • ₽
  • ₺
  • £

Etibar Əliyev biznes ortağını həbs etdirdi (FOTO)

Etibar Əliyev biznes ortağını həbs etdirdi (FOTO)
29.05.2020 04:11
"Aqro İnvest və İstehsalat” MMC-nim icraçı direktoru, Qubada tanınmış iş adamı Hacıyev Pərviz Aləm oğlu həbs edilib. 

"Yeni Sabah”ın araşdırmasına görə, Pərviz Hacıyev 25 ilə yaxındı ki, sahibkarlıqla məşğul olub. 2013-cü ildə isə "Texnikabank”ın keçmiş sahibi Etibar Əliyevlə tanış olan P. Hacıyev onunla şərikli biznes qurmağı planlaşdırıb. 

Qeyd edək ki, bu şərlikiyə kimi Pərviz Hacıyevin 1-ci Nügədi kəndində balıq istehsal edən zavodu olub. 2015-ci ildə Etibar Əliyevlə ortaq biznes qurmaq haqda razılığa gəlinib və payları öz aralarında bərabər bölməklə balıqçılıq, heyvandarlıq, əkinçilik, bağçılıq və tikinti sahələri üzrə fəaliyyət göstərən "Aqro İnvest və İstehsalat” MMC-ni təsis ediblər. MMC-nin səhmlərinin 50 faizi Pərviz Hacıyevə, 50 faizi isə Etibar Əliyev qardaşının kürəkəni Abdullayev Elşən Zöhrab oğlunun adına rəsmiləşdirilib.

Şirkət qurulanda nizamnamə kapitalı 1 milyon manat olub. İcraçı direktoru isə Pərviz Hacıyev təyin edilib. Qısa müddət ərzində "Aqro İnvest və İstehsalat” MMC bir neçə dəfə böyüyərək nizamnamə kapitalını 15 milyon manata çatdırıb. 

Lakin 2019-cu ilin əvvəllərindən ortaqlar arasında narazılıq başlayıb. Belə ki, Etibar Əliyev "Aqro İnvest və İstehsalat” MMC üzərindən çirkli pulların yuyulmasını həyata keçirib. Qeyd edək ki, "Aqro İnvest və İstehsalat” MMC balıq və balıq məhsullarının, vodkaların idxalı ilə məşğul olur. Həmçinin şirkət balıq məhsullarının istehsalı ilə də məşğuldur.

Həmin ilin avqust ayında isə şəriklər MMC-də olan paylarını bölmək barədə razılığa gəlsələr də Etibar Əliyevin qohumu Elşən Abdullayev Pərviz Hacıyevi şərəf və ləyaqətinin müdafiəsi və mənəvi zərərin ödənilməsi ilə bağlı Quba Rayon  məhkəməsinə verib. Ancaq fevral ayının sonlarında isə Pərviz Hacıyev  müəmmalı şəkildə Bakıda həbs olunub. Bu barədə onun yaxın adamı Adnan adlı şəxs saytımıza məlumat verərək bildirdi ki, Pərviz Hacıyev artıq 1 aydan artıqdır ki, 1 saylı Bakı  İstintaq Təcridxanasındadır. Həmçinin onun həbsinin sifarişçisinin Etibar Əliyev olduğunu da qeyd etdi.  
 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol