• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər rayonunda ehtiyacı olanlara növbəti ərzaq yardımları paylanıb

Xəzər rayonunda ehtiyacı olanlara növbəti ərzaq yardımları paylanıb
17.04.2020 16:55
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq yardımları, tibbi vasitələr, infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici çap materialları paylanılır və onların problemləri dinlənilir.

"Qafqazinfo” xəbər verir ki, bu gün Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun Şağan qəsəbəsində yaşayan 200 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və sakinlərdən bu həssas dövrdə evdə qalmaları, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələri xahiş olunub.

Ümumilikdə Rayon İcra Hakimiyyəti ilə yanaşı bu aksiyaya qoşulan Heydər Əliyev Fondunun sosial layihəsi çərçivəsində "Regional İnkişaf” İctimai Birliyi, Xəzər rayonunu Milli Məclisdə təmsil edən Millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlar tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan olunan yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 3100 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol