• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuz rayonunun 4 kəndinə asfalt çəkilir - VİDEO +FOTOLAR

Tovuz rayonunun 4 kəndinə asfalt çəkilir - VİDEO +FOTOLAR
28.05.2020 22:58
Bir vaxtlar bu kəndin yolları keçilməz, kələ-kötür, işgəncə, əzab-əziyyət idi. Sürücülər də, məktəblilər də, yaşlılar da zülm çəkirdilər. Söhbət Tovuzun Əyyublu kəndindən gedir. Reportyor.info olaraq Əyyubludan çəkiliş apararkən kəndin yollarının asfaltlandığını, palçıqlı, çala-çuxur yolların hamar edildiyini gördük.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən bu işlər davam etdirilir.
Ümumiyyətlə, Tovuzda şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.


Onlardan biri də bərbad vəziyyətdə olmuş 17 kilometrlik Əyyublu kəndinin yollarıdır. Biz bundan əvvəl də Əyyubluda olmuşuq və kənd camaatı yol problemindən çox şikayətlənirdi. İndisə Əyyublu yolları təzədən qurulur və bu da kənd camaatı tərəfindən bayram kimi qarşılanır. Kənd sakinlərinin sözlərinə görə, xüsusi karantin rejimi dövründə onlara əsl mənada hədiyyə edilir.
Hazırda AAYDA tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkət edilərək, Əyyubluda işlər davam etdirilir. Kənd sakinləri qeyd edirlər ki, prezidentin dövlət qurumları qarşısında qoyduğu tapşırıqlar icra edilir, insanların problemləri həllini tapır.
"Biz buna görə prezident İlham Əliyevə can sağlığı arzulayırıq. Dövlət başçımız heç bir problemi diqqətdən kənar qoymur. Əyyublunun yolları pis gündəydi. Maşınlar dağılıb-tökülürdü, uşaqlar yağışda-qarda dərsə gedə bilmirdilər, çox çətinlik çəkirdik. İndi kəndimizin yolları asfaltlanır, palçıqdan-izdən canımız qurtarır”, – deyə kənd sakinləri bizimlə söhbətində deyirlər.
Kənddə çəkiliş apararkən iş icraçılarından onu da öyrənirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuzun 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndinin yolları asfaltlanır.
Araşdırma zamanı məlum olur ki, sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Üstəlik, bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdü.
Bu da çətinliklərə səbəb olurdu. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kv.m-dən çox sahəsində aparılır. Əyyublu sakinləri bildirirlər ki, xüsusi karantin rejimi və pandemiya dövrü olsa da, bu çətin zamanda prezident İlham Əliyev insanların təkcə maddi, sosial rifahını deyil, yol və digər problemlərini də düşünür, həll edir.
"Bizi bu zülm-zillətdən, yol fəlakətindən xilas edən prezidentimizə və onun tapşırıqlarını yerinə yetirənlərə təşəkkürümüzü bildiririk. Yol tikmək, yol açmaq həm də Allaha xoş gedir. Bizim bu yolları əvvəl görəydiniz… Əyyublu elə bir vəziyyətdə idi ki, söz tapmaq olmur. İndi maşallah, keyfiyyətli, hamar bir yolumuz var…”
 

 








www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol