• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıda yol qəzası - ölən və yaralananlar var

Masallıda yol qəzası - ölən və yaralananlar var
28.05.2020 19:37
Masallıda ağır yol qəzası olub, ölən və yaralananlar var.

"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində baş verib. Belə ki, Ümid Habil oğlu Əşrəfovun idarə etdiyi "Mercedes” markalı 10 FS 064 dövlət qeydiyyat nişanlı avtomobil Qodman kənd sakini Kənan Heydər oğlu Nəsirovun idarə etdiyi "Jiquli-VAZ 2107”markalı 44 BM 853 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Dünyasını dəyişən şəxsin VAZ 2107-nin sürücüsü olduğu deyilir.

Xəstəxanaya çatdırılanların ikisi qadın, biri kiişidir. Onlar həmin nəqliyyat vasitəsində sərnişin olan Qızlavar kənd sakinləridir.
Dünyasını dəyişən şəxsin meyidi aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol