• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın tərəfdaşı 70 işçisini çıxarıb? – İDDİA

SOCAR-ın tərəfdaşı 70 işçisini çıxarıb? – İDDİA
29.05.2020 00:19
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Salyan OİL” Əməliyyat Şirkətinin 70-ə yaxın xidməti müqavilə ilə işləyən işçini işdən çıxardığını iddia edib.

Yeniavaz.com xəbər verir ki, o bu barədə feyzbuk səhifəsində yazıb. M. Qəhrəmanlı işdən çıxarmaların əks olunduğunu iddia etdiyi sənədin fotosunu da paylaşıb. Fotodakı sənəddə qeyd olunur ki, bunun səbəbi hazırkı iqtisadi çətinliklər və neft hasilatının azaldılması ilə bağlıdır. Həmçinin bildirilir ki, xidməti müqavilələr may ayının 1-dən etibarən müəyyən vaxtadək dayandırılır. Qeyd olunur ki, xidmətin davam etdirilməsinə ehtiyac yaranan zaman işçilərə bu barədə məlumat veriləcək.

Fotoda əks olunan sənəd 20 aprel 2020-ci il tarixlidir və orada neçə işçinin işdən çıxarılacağı ilə bağlı heç bir məlumat əks olunmayıb.

Məsələ ilə bağlı məlumat almaq üçün "Salyan OİL” Əməliyyat Şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qeyd edk ki, "Salyan OİL” LTD Əməliyyat Şirkəti Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında işləri həyata keçirmək üçün yaradılıb və SOCAR-ın tərəfdaşlarındandır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol