• $
  • €
  • ₽
  • ₺
  • £

Ünvanlı sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR

Ünvanlı sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR
02.05.2020 18:11
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur.
 
Pravda.az-ın xəbərinə görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni layihə hazırlanıb. Layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq.
 
Müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək. I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq. Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.
 
Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq. Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.
 
Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.
 
Qeyd edək ki, son vaxtlar ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi nəticəsində

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol