• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bəzi yolların genişləndirilməsinə görə ağaclar köçürüləcək

Bakıda bəzi yolların genişləndirilməsinə görə ağaclar köçürüləcək
13.05.2020 22:30
"Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə, 28 May, Yusif Səfərov küçələrinin bir hissəsinin genişləndirilməsi, Yasamal rayonu, İnşaatçılar prospekti, 2 ünvanında isə yeni infrastruktur obyektlərinin yaradılması məqsədilə tikinti sahəsinə düşən ağacların köçürülməsi və köçürülməsi mümkün olmayan ağacların götürülməsinə ictimai dinləmədən sonra müsbət rəy verilib”.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib.

Onun sözlərinə görə, bu tədbirlər o şərtlə həyata keçiriləcək ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin. M.Qənbərov qeyd edib ki, layihələrin mühüm sosial-infrastruktur əhəmiyyəti, tıxacların aradan qaldırılması baxımından vacibliyi nəzərə alınıb, mövcud tələblər və qaydalar çərçivəsində sözügedən ərazilərdə tikinti sahəsinə düşən ağacların budanaraq, kök torpağı ilə uyğun ərazilərə köçürülməsi yaxın günlərdə həyata keçiriləcək.

"Məqsədimiz bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerinə daha çox ağac əkilməsini təmin etməkdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol