• $
  • €
  • ₽
  • ₺
  • £

190 manat alanların nəzərinə: Bu sayta daxil olun

190 manat alanların nəzərinə: Bu sayta daxil olun
14.05.2020 12:26
Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində işini itirmiş şəxslərə hökumət 190 manat birdəfəlik yardım təyin edib. Prezident İlham Əliyevin tapşırığı ilə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min nəfərə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 9-dan ödəniş prosesi həyata keçirməyə başlayıb.
 
Lakin bəzi insanlar bildirirlər ki, xəbərləri olmadığı halda onların adına yardım ayrılıb, amma heç bir bildiriş göndərilməyib. Belə olan halda təyin olunmuş yardım kimə çatıb? Bu məsələlər nə qədər realdır?
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Redaktor.az-a bildirib ki, bu cür problemlə üzləşən vətəndaşlar ƏƏSMN-ə müraciət edə bilərlər:

"Biz də sosial şəbəkələrdə bəzi vətəndaşların guya xəbərləri olmadan adlarına yardım təyin edilməsi və onlara heç bir bildiriş getmədiyi barədə məlumatları oxuyuruq və bu məsələləri araşdırırıq. Bütün hallarda vətəndaşın yaxın ailə üzvləri tərəfindən müraciət olunduğu müəyyən olunur. İkinci halda isə onlar 2020-ci il aprelin 1-dək işsiz kimi məşğulluq mərkəzində qeydiyyata alınmış şəxslərdir. Onların işsiz statusu qüvvədə olduğundan, avtomatik olaraq yardım təyin edilib. Təbii ki, 600 minlik siyahının açıqlanmasında da məqsəd nazirlik tərəfindən ictimai açıqlığı təmin etməkdir. Əgər vətəndaşların məlumatsızlığı nəticəsində onlara vəsaitin təyin edilmə halları varsa, bizə müraciət edə bilərlər. Amma indiyə qədər edilən bütün müraciətlər nəticəsində bu kimi faktlar öz təsdiqini tapmayıb".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol