• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu simptomları keçirmiş bütün uşaqlar yenidən yoxlanmalıdır”- AÇIQLAMA

“Bu simptomları keçirmiş bütün uşaqlar yenidən yoxlanmalıdır”- AÇIQLAMA
28.05.2020 17:39
"Uşaqlar arasında pandemik vəziyyətin olmaması və ya onların bu virusu yüngül keçirtməsi hələ COVID-19 virusu pandemiya mərhələsinə keçmədən öncə inanılan deyildi. Bunu artıq son elmi tədqiqatlar da göstərməkdə davam edir və hətta o tədqiqatlar uşaqlarda simptomların böyüklərdən də tamamən fərqli keçirtməsini sübut edib”.


Bunu APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.


Onun sözlərinə görə, belə elmi tədqiqatlardan biri də İtaliyada aparılıb: "Bu tədqiqat nəticəsində aydın olub ki, uşaqların bəziləri bu virusu sadə qrip və soyuqdəymə simptomları ilə keçirsə də, müəyyən qismində ürək xəstəliklərində olan simptomlar, ürək ritminin pozulması, ürək əzələsinin zədələnməsi, bundan başqa təzyiqin kəskin düşməsinə rast gəlinən toksik şok sindromu, yüksək hərarət, dəridə və büküşlərdə olan səpgilər, eləcə də qızartılar, ağızın və dodaqların selikli qişasında dəyişikliklər, gözlərdə iltihab, əl və ayaq barmaqlarının dərisinin soyulması və kiçik damar patologiyaları müşayiət edilib. Bütün bunlardan ən önəmlisi isə xəstəliyin gedişinin bu simptomları özündə əks etdirən bildiyimiz klassik "Kawasaki" sindromundan çox fərqli və bəzi hallarda ağır olmasıdır”.

N. Abdullayev bildirib ki, tədqiqat zamanı bu xəstələrin müəyyən qismi aktiv COVID-19 virus daşıyıcısı olsalar da, müəyyən qismində artıq virusu keçirdiklərinə dair anticism tapılıb: "Bu da o deməkdir ki, uşaqlar bu simptomları mütləq olaraq kəskin fazada deyil, müəyyən zaman keçdikdən sonra orqanizmin virusa qarşı iltihabi reaksiyası kimi biruzə veriblər”.


O qeyd edib ki, bu günə qədər bu istiqamətdə olan bütün elmi tədqiqatların Azərbaycan üçün də xüsusi önəmi var: "Belə ki, bu günə qədər belə simptomlar keçirmiş bütün uşaqlar və onların ailələri yoxlanmalıdır və COVID-19-a yoluxmaları təsdiq olunarsa, pandemiyanın Azərbaycanda yayılması məsələsinə və hansı mərhələdə olmasına daha da aydınlıq gəlmiş olacaq. Bundan başqa isə bu uşaqların həyatı vacib orqanları, xüsusən də ürək və ürəyi qidalandıran damarları ciddi müayinə olunmalıdır, çünki orada baş verə biləcək qalıcı dəyişikliklər gələcəkdə ciddi problemlər yarada bilər”.






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol