• $
  • €
  • ₽
  • ₺
  • £

XIN məlumat yayıb

XIN məlumat yayıb
17.07.2020 10:47
İyulun 16-da Qoşulmama Hərəkatının  Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclası keçirilib.

XİN-dən Anews.az-a verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılan iclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri iştirak edib.

Xarici İşlər naziri öz çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən 12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə törədilmiş hərbi təcavüz, bununla əlaqədar regionda yaranmış vəziyyət və Azərbaycan tərəfindən həyata keçirilmiş qətiyyətli əks-tədbirlər barədə məlumat verib.

Nazir Ermənistan tərəfindən Azərbaycanın silahlı qüvvələri ilə yanaşı, beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhali və mülki obyektlərin də hədəf alındığını diqqətə çatdırıb və hücum nəticəsində Azərbaycan silahlı qüvvələri, eləcə də mülki şəxslər arasında itkilərin qeydə alındığını və mülki obyektlərə ciddi xəsarət yetirildiyini qeyd edib.

C.Bayramov Ermənistanın davam edən təxribatının münaqişə ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirmək, Ermənistanda formalaşan və COVID-19 pandemiyasının təsiri altında daha da kəskinləşən sosial-iqtisadi, maliyyə və siyasi böhrandan diqqəti yayındırmaq niyyəti ilə törədildiyini vurğulayıb. Ermənistanın bu hərəkətlərinin ümumilikdə beynəlxalq hüququn, eləcə də Qoşulmama Hərəkatının əsasını təşkil edən Bandunq Prinsiplərinin ciddi pozuntusu olduğunu bildirib.

Nazir Ermənistanın təxribatçı hərəkətlərinə son qoymaq və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın cinayətkar əməllərinin ciddi və birmənalı pislənilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Nazir, Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla bu cür prinsipial mövqe nümayiş etdirmiş bütün dövlətlərə təşəkkür edərək, Hərəkata üzv dövlətlər tərəfindən ən yüksək səviyyədə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verilmiş dəstəyi, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində göstərdiyi səylərlə həmrəylik nümayişini yüksək qiymətləndirdiyini vurğulayıb.
İclasda iştirak edən Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri çıxış edərək Ermənistanın təxribatını pisləmiş və ölkələri tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyini ifadə etmişlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol