• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada daha bir böyük ticarət obyektinin sahibi Ermənistan mallarından imtina edib

Rusiyada daha bir böyük ticarət obyektinin sahibi Ermənistan mallarından imtina edib
24.07.2020 11:12
Rusiya paytaxtı Moskvada "Tvoy Dom” ("Eviniz”) ticarət mərkəzləri şəbəkəsində erməni məhsulları yoxa çıxıb.

Anews.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

"İri ixracatçılar bizə müraciət ediblər. Onlar Araz Ağalarova və qonşu ölkədən olan digər şəxslərə aid olan "Tvoy Dom” şəbəkəsindən Ermənistan istehsalı olan bütün malların çıxarıldığını söyləyib”, - o deyib.

Səfirin sözlərinə görə, söhbət konservləşdirilmiş məhsullardan, həmçinin mineral su və alkoqollu içkilərdən gedir:

"Özü də bütün piştaxtaları Azərbaycanda istehsalı olan mallarla doldurublar. Əlimizdə ticarət mərkəzinin menecerləri ilə Ermənistan şirkətləri və dilerlər arasında olan elektron yazışmalar var. Onlar rəhbərliyin belə qərar qəbul etdiklərini göstərir. Bu barədə müvafiq qurumlara məlumat vermişəm”.

"Tvoy Dom” hipermarketlər şəbəkəsinin məxsus olduğu "Crocus Group” şirkəti məsələyə şərh verməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl də Moskvanın ən böyük bazarı olan "Food City” də Ermənistan məhsullarını satmaqdan imtina etmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol