• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin köməkçisi Hikmət Hacıyev Kanada televiziyasına müsahibə verib

Prezidentin köməkçisi Hikmət Hacıyev Kanada televiziyasına müsahibə verib
24.07.2020 12:31
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın "CTV News” televiziya kanalına müsahibə verib.

Anews.az xəbər verir ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini bildirən H.Hacıyev ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal olunmuş ərazilərimizdə etnik təmizləmənin həyata keçirildiyini diqqətə çatdırıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticələrin olmadığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması əsasında həllinin zəruriliyini vurğulayıb.

Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində son hərbi təxribatına toxunan H.Hacıyev Ermənistan silahlı qüvvələrinin artileriyadan istifadə edərək Azərbaycan mövqelərinə atəş açdığını və hərbçilərimizin həlak olduğunu, habelə məqsədyönlü şəkildə Azərbaycanın yaşayış məntəqələrini və mülki insanları hədəfə aldığını söyləyib.

Prezidentin köməkçisi Ermənistanın bu hücumu törətməkdə məqsədinin həmin ərazidən keçən Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu bildirib. Azərbaycanın sərhəd zonasında hərbi məqsədlərinin olmadığını bildirən H.Hacıyev ölkəmizin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə çalışdığını qeyd edib.

Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinə toxunan H.Hacıyev sözügedən stansiyanın dünyada Çernobıl texnologiyasının istifadə olunduğu yeganə AES olduğunu bildirib. Köhnəlmiş texnologiyaların istifadə olunduğu AES-in region üçün təhlükə olduğunu söyləyən H.Hacıyev Metsomorun radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrildiyini xüsusilə vurğulayıb.

Eyni zamanda, Kanadada yaşayan azərbaycanlılara və Kanadanın hüquq-mühafizə orqanlarına müraciət edərək erməni lobbi qruplarının Los-Anceles, Paris və Brüsseldə azərbaycanlılara hücum etdiyini və erməni terror təşkilatlarının azərbaycanlılara hücum edə biləcəyindən onları ayıq olmağa çağırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol