• $
  • €
  • ₽
  • ₺
  • £

TƏCİLİ!- Milli Məclisin komitəsində azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı müzakirələr keçirilib

TƏCİLİ!- Milli Məclisin komitəsində azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı müzakirələr keçirilib
25.07.2020 12:30
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi son günlər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatı, dünya ölkələrində yaşayan azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı videoformat şəklində müzakirələr keçirib.

Bu barədə  Anews.az-a Milli Məclisdən məlumat verilib.

Videoformat müzakirəsində komitə sədri Səməd Seyidov Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhdini qətiyyətlə pisləyib. Bir sıra ölkələrdə Ermənistanın təxribatına etiraz edən azərbaycanlılara qarşı ermənilər tərəfindən edilən hücumların, bu cür vandalizm aktlarının söz azadlığı, azad toplaşma kimi fundamental insan haqlarının pozulmasına yönəlmiş addım olduğunu bildirib.

Komitə üzvləri müzakirələrdə iyulun 21 və 22-si erməni icmasının çoxsaylı üzvlərinin, erməni lobbisinin radikallarının, Daşnaksütun partiyasının üzvlərinin, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaş və davamçılarının Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törədilməsini erməni xislətinin bariz nümunəsi olduğunu bildirib.

Müzakirələrdə komitə üzvləri ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilməsini, Belçikanın paytaxtı Brüssel şəhərində də analoji hadisələrin baş verməsini, bu cür millətçi təzahürlərin həmin ölkələrin cəmiyyətləri üçün ciddi təhlükə mənbəyi olduğunu bildiriblər. Qeyd edilib ki, dinc nümayişçilərə yönələn hücumların qarşısını almaq üçün təsirli tədbirlərin görülməsi qaçılmazdır. Komitə üzvləri adı çəkilən şəhərlərlə yanaşı, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland, Rusiya və Avstraliyada yaşayan azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş təxribatçı hücumlardan kəskin şəkildə narahat olduqlarını ifadə edib. Bu təxribatları törədən ermənilərin arxasında mütəşəkkil qrupların, dəstələrin dayandığı qeyd olunub və bildirilib ki. növbəti təxribatların qarşısının alınması istiqamətində fəal addımların atılması çox vacibdir.

Bununla yanaşı, qeyd edilib ki, erməni diasporunun təxribatları məqsədyönlü xarakter daşıyır. Bu addımlar Azərbaycanın nüfuzuna, həyata keçirdiyi irimiqyaslı layihələrə xələl gətirmək, ölkənin haqlı mövqeyinə, fəaliyyətinə kölgə salmaq və dünyada Azərbaycana qarşı mənfi rəy yaratmaq məqsədi güdür.
Yekunda, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi vandalizm aktlarının baş verdiyi ölkələrin hüquq mühafizə orqanlarını bu məsələ ilə bağlı ciddi addımlar atmağa, təxribatçı ünsürlərin saxlanılması və məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görməyə, bu cür halların təkrar baş verməməsi və soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün lazımı işlər görməyə çağırıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol