“Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir

Ölkənin bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən "Nar” Naxçıvan Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir. Son iki ayda aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza stansiyası fəaliyyətə başlayıb.
Regionlarda yüksək sürətli internetə çıxışı daha əlçatan edən "Nar” bundan sonra da şəbəkə təkmilləşdirilməsi işlərinə davam edəcək. "Nar” şəbəkəsinin əhatə dairəsi ilə daha ətraflı burada tanış ola bilərsiniz.
www.anews.az
























