• $
  • €
  • ₽
  • ₺
  • £

"Formula 1" ilə əlaqədar Bakıda bağlanan küçə və prospektlər - SİYAHI

"Formula 1" ilə əlaqədar Bakıda bağlanan küçə və prospektlər - SİYAHI
27.05.2021 11:52
Bakı Şəhər Baş Dövlət Yol Polisi (DYP) İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar paytaxt ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adlarını açıqlayıb.

DYP-dən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, mayın 31-dən iyunun 8-dək "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər aşağıdakılardır:

"F1 halqası istiqamədində Keykab Səfərəliyeva, Rixard Zorqe, Aleksandr Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Afiyəddin Cəlilov - Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə;
20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə;

Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;

Bakı-Zığ yolu – Nobel prospekti, eləcə də Hava Limanı – Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev – Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə;

Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsindən iki istiqamətli hərəkət müəyyənləşdirilib".

"Avtomobil sürücülərindən 31 may-8 iyun tarixlərində mərkəz istiqamətində hərəkətlərini məhdudlaşaraq ictimai nəqliyyata üstünlük verməmələrini xahiş edirik", - DYP-dən bildirilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol