• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb

“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb
31.08.2021 15:41
"Nar”ın 777 Çağrı Mərkəzinə 2021-ci ilin ilk 6 ayı ərzində 1 milyondan artıq sorğu daxil olub və onlara ortalama 17 saniyə ərzində cavab verilib. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Ümumilikdə, daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb.


Bundan başqa, "Nar” rəsmi sosial şəbəkələri - "Facebook”, "İnstagram” və "Twitter” səhifələri vasitəsilə də abunəçilərinə xidmət edib və 89 mindən artıq sorğuya cavab verib. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 50%-i 1 dəqiqə, 90%-i isə 10 dəqiqə ərzində cavablandırılıb. "Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 11 dəqiqə ərzində cavab verilib.


Mobil operator, eyni zamanda abunəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə daim yenilənən "Nar+” tətbiqindəki onlayn çat vasitəsilə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdədir. Belə  ki, 6 ay ərzində daxil olmuş 96 mindən artıq sorğuya operativ cavab verilib. 


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol