• $
  • €
  • ₽
  • ₺
  • £

“İlqar İsmayılovun kreditlərini şirkət hesabından ödəyirdik”

“İlqar İsmayılovun kreditlərini şirkət hesabından ödəyirdik”
06.09.2021 19:07
Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Anews.az Kriminalqafqaz.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda mağazanın sabiq baş mühasib köməkçisi Samirə Quliyeva ifadə verib.

O bildirib ki, mağazalardan gələn pulların hesabatına nəzarət edib:
"İlqar İsmayılov poçt vasitəsilə və ya zənglə mənə tapşırıq verirdi ki, ödənişlər edim. Mən də həmin tapşırığa əsasən, sürücü və digər şəxslərə pulları lazımi ünvanlara çatdırmaq üçün verirdim. Ödənişlərin hamısında qəbz yazılırdı. Qəbzlərə bəzən İlqar müəllim özü qol çəkirdi.

2014-cü ildə şirkətə yeni maliyyə direktoru təyin edildi. Daha sonra ödənişlər onun razılığı ilə həyata keçirilirdi. Bəzən İlqar İsmayılovun adında olan kredit borclarına görə şirkət hesabından banklara ödənişlər edirdik”.

Prokurorun suallarını cavablandıran şahid qeyd edib ki, banklara İlqar İsmayılovun adına olan ödənişlər onun öz göstərişi ilə edilirdi:
"İlqar müəllim və ya baş mühasib tərəfindən mənə göstərişlər verilirdi, mən icra ediridm. Fuad Şahvəliyev şirkətə maliyyə direktoru təyin olunandan sonra ödənişlər onun imzası ilə edilməyə başladı.
İlqar İsmayılovun göstərişi ilə şirkət hesabından məxaric olunan pulları etibarlı şəxs kimi şirkətin təsərrüfat müdiri Həbib Qarayev lazımi yerlərə aparıb ödəyirdi.

Mən işlədiyim müddətdə ən böyük məxaric olunan məbləğ 168 min manat olub. Mədaxil əməliyyatlarında da bəzən böyük məbləğlər olurdu. Hətta bayram ərəfələrində milyon manatdan artıq köçürmələr edilirdi.

İlqar İsmayılovla birlikdə maliyyə direktoru və baş mühasib hər səhər ötən günün maliyyə əməliyyatlarının açıqlamasını yazırdılar, sonra kassa qalığı müəyyən edilirdi. İlqar İsmayılov "Silkway Bank”a ayda 36 min manat kredit ödəyirdi”.

Növbəti iclas sentyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol