• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibləri sırasında

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibləri sırasında
22.11.2021 11:20
Bakcell şirkəti "Milli KSM Mükafatı 2020”-nin qalibi elan olunub. "Yaxşı səhiyyə və Rifah” nominasiyasında təqdim edilmiş bu mükafat şirkətin xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər planı çərçivəsində görülən işlərə görə təqdim edilib. 

Bakcell Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən ekspress-testlərin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza Bakcell tərəfindən ödəmə kartları hədiyyə olunub. Şirkət Bakının Binə qəsəbəsində yaşayan 650 aztəminatlı ailə üçün ərzaq yardımı proqramı həyata keçirib. 

Bununla yanaşı, pandemiya dövründə abunəçi və əməkdaşlarının təhlükəsizliyini qorumaq, bu sahədə maarifləndirməni həyata keçirmək məqsədilə Bakcell uzunmüddətli məlumatlandırma və kommunikasiya proqramları həyata keçirib. Həmçinin, Bakcell öz əməkdaşlarına evdən işləmək üçün lazımi şərait yaradıb.  
Artıq 3-cü dəfə təşkil edilən "Milli KSM Mükafatı” müsabiqəsinin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik təşəbbüslərinin artmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir. 

"Milli KSM Mükafatı 2020”-nin qaliblərini müəyyən edən Komissiyanın tərkibinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Asan Xidmət, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və Proaktiv PR Agentliyinin nümayəndələri daxil olub. 

Qeyd edək ki, 2020-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil edilərkən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülüb.


Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol