• $
  • €
  • ₽
  • ₺
  • £

“Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək” - Qazi

“Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək” - Qazi
21.01.2022 15:09
Baş Prokurorluq tərəfindən qanunsuz ağac kəsilməsinə görə rəhbərlik etdiyi "Ştutqart” MMC barəsində cinayət işi başlanılan keçmiş deputat Nəriman Əliyev bu dəfə 64 işçinin maaşını ödəməməkdə ittiham edilir. Əmək haqqını ala bilməyən əməkdaşlardan biri də Qarabağ Müharibəsi qazisi İsmayıl Qurbanovdur.


"Qafqazinfo”ya müraciət edən İ.Qurbanov bildirib ki, ötən il həmkarları ilə birgə işlədiyi "Ştutqart” MMC-də işdən çıxarılıblar və maaşlarını ala bilməyiblər: "2021-ci il sentyabr-oktyabr aylarında 64 nəfər tutduğumuz vəzifələrdən azad edildik. Bizimlə hesablaşma aparıldı və bizə çatacaq əmək haqlarının bir hissəsinin yaxın müddətdə veriləcəyi deyildi. Onlar bizə ümumilikdə 76 813 manat verməli idilər. Mən orada satış meneceri işləyirdim. Məsələn, mənə bir ayın maaşı verilməyib. Digərlərində isə fərqlidir. Elə işçi var ki, iki ayın maaşını ala bilməyib”.


Qazinin sözlərinə görə, bir müddət keçdikdən sonra pulun verilmədiyinə görə, işçiləri vasitəsilə "Ştutqart” mağazalar şəbəkəsinin direktoru Nəriman Əliyevə müraciət ediblər: "Biz Nəriman Əliyevin köməkçisi Hacı Azərə, rəhbərlikdə təmsil olunan Orxan və Hikmət adlı şəxslərə dəfələrlə müraciət etsək də, cavab olaraq bizə deyilib ki, "Nəriman müəllimin göstərişidir, işdən çıxan heç kəsə əmək haqqı qalığı verilməyəcək”.

Nəriman Əliyevin şirkəti ilə bağlı cinayət işi başlandı​

Biz bu məsələdən güc strukturlarına, lazımi orqanlara şikayət edəcəyimizi desək də, hər dəfə ağır ifadələrlə Nəriman Əliyevin heç kəsdən qorxub-çəkinmədiyini, kimə şikayət edilməsindən asılı olmayaraq bu pulların verilməyəcəyini dedilər. Nəticədə işdən çıxmağımızdan 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bizə çatmalı olan pulları ala bilməmişik”.


Eks-deputat Nəriman Əliyevə vətəndaşın iddialarına cavab vermək üçün son bir həftə ərzində dəfələrlə müraciət etsək də, zənglərə cavab vermədiyi üçün münasibət öyrənə bilmədik.

Qazi İsmayıl Qurbanov Vətən Müharibəsində iştirakına görə "Füzulinin azad edilməsinə görə” və "Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol