• $
  • €
  • ₽
  • ₺
  • £

Un və çörəyin qiyməti ilə bağlı mühüm addım - VİDEO

Un və çörəyin qiyməti ilə bağlı mühüm addım - VİDEO
22.01.2022 17:44
Unun və çörəyin qiymətinin süni şəkildə artırılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Ekspertlər hesab edir ki ,aidiyyatı dövlət qurumlarının apardığı monitoriqnlər öz təsirini göstərməkdədir.Əks halda bazarda möhtəkirliyin yaranması qiymət artımını qaçılmaz edərdi.
 
İstehlak bazarına nəzarət edilərək, möhtəkirlik hallarının qarşısı alınır.
 
Un və çörəyin qiymətinin süni olaraq bahalaşmaması üçün bütün qabaqlayıcı tədbirlər görülür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib.
 
Preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə məlumat verilib.Ekspertlər hesab edir ki, mövcud vəziyyətdə nəzarət təbirlərinin davamlı aparılmasına ehtiyac var.
 
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, haqsız rəqabət, bazar sövdələşməsinin qarşısını almaq üçün aparılan ciddi monitorinqlər bütün ölkəni əhatə edir..Bu isə öz növbəsində hər hansısa bir regionda möhtəkirliyin yaranmasının qarşısını alır.
 
Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik nəzarət edilir. (Xəzər tv)

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol