• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci Qarabağ müharibəsindən bəri neçə azərbaycanlı itkindir?

Birinci Qarabağ müharibəsindən bəri neçə azərbaycanlı itkindir?
26.01.2022 21:33
Birinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın 3 890-a yaxın vətəndaşı itkin sayılır.
 
Anews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, itkinlərin taleyi ilə bağlı Azərbaycan tərəfi illərdir beynəlxalq səviyyədə iş aparır.
"Təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq çağırışlara məhəl qoymayaraq, beynəlxalq faktaraşdırıcı missiyanın o zaman işğal altında olan Azərbaycan torpaqlarına girməsinə və bu məsələni araşdırmasına imkan vermirdi.

Amma Azərbaycanın Baş Prokurorluğu, Hərbi Prokurorluğu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsiylə birlikdə genişmiqyaslı iş aparıb.

İtkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji test və DNT nümunələri götürülüb ki, gələcəkdə aşkar olunacaq cəsədlərin eskumasiyası zamanı onların şəxsiyyətləri müəyyənləşdirilsin. Bu illər ərzində Azərbaycanın müxtəlif bölgələrində naməlum məzarlıqlar aşkar edilib.
Onların eskhumasiyası həyata keçirilib. İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını azad etdikdən sonra axtarışlar daha da aktiv fazaya keçdi.
Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zaman naməlum kütləvi məzarlıqlar aşkar edildi”.

"İndiyə kimi saxlanılan DNT bankından bioloji nümunələrlə uzlaşdırılaraq həmin cəsədlərin kimlikləri müəyyənləşdirilir.
Kəlbəcərin Ballıqaya ərazisində ötən il kütləvi məzarlıq aşkar edilib.
Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində aşkarlanıb. 1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdı.

Ötən ilin fevral ayında Daşaltı kəndində həyata keçirilən axtarış tədbirləri nəticəsində naməlum cəsəd qalıqları aşkar edilib və onlar məhkəmə tibbi-ekspertizaya götürülüb. Onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlı hazırda işlər aparılır”, - deyə Ə.Şahidov bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol