• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: "Şərq-Qərb dəhlizi ilə bağlı iş aparılır"

Nazirlik: "Şərq-Qərb dəhlizi ilə bağlı iş aparılır"
27.01.2022 21:30
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam yararlanmaq və onun Azərbaycan üzərindən keçən hissəsinin rəqabət qabiliyyətliliyini artırmaq məqsədilə iş aparır.


Anews.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib.


"Nəqliyyat infrastrukturunun bərpası layihələri həm də Zəngəzur dəhlizinin qurulması kontekstində bölgənin və bütövlükdə Azərbaycanın tranzit imkanlarının genişlənməsinə şərait yaradacaq. Zəngəzur dəhlizi, Naxçıvanla birbaşa quru əlaqəsi yaratmaqla yanaşı, Şərq-Qərb dəhlizində Çinlə Cənubi Avropa arasında ən qısa quru yol əlaqəsini təmin edəcək. Böyük nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsinin "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”ın formalaşmasına töhfə verəcəyinə inanırıq. Bu məqsədlə, Şərq-Qərb dəhlizinin potensialından tam yararlanmaq və onun Azərbaycan üzərindən keçən hissəsinin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə məqsədyönlü iş aparılır. Belə ki, dəhliz boyunca konkret marşrutların və şəffaf tariflərin müəyyən edilməsinin, onlara nəzarət mexanizmlərinin formalaşdırılması, müntəzəm konteyner qatarlarının hərəkətinin təmin edilməsi və əməliyyatların bütün marşrut boyu idarə edilməsinin (ekspedisiyası) effektiv təmin edilməsi məqsədilə müvafiq qurumlar və nəqliyyat müəssisələri ilə işlər aparılır. Şimal-Cənub dəhlizinə gəldikdə isə bu istiqamətdə İran ilə Astaraçay çayı üzərində avtomobil yolu körpüsünün tikintisi ilə bağlı protokol imzalanıb, Rusiya tərəfi ilə sərhəd-gömrük-keçid məntəqələrinin hər iki tərəfdən imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılıb və "Azərbaycan Dəmir Yolları” QSC-nin Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola salınıb", - deyə o, qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol